Pakistanlı qadın alpinist dünyanın 14 ən yüksək zirvəsindən 12-nə qalxıb


  • 23 May 17:31

Pakistanlı alpinist Nailə Kiani Nepalda Kançenjunqa dağının zirvəsinə qalxaraq dünyanın 14 ən yüksək zirvəsindən 12-nə qalxan ilk pakistanlı qadın olub.

E-huquq.az xəbər verir ki, bu barədə Pakistanın rəsmi xəbər agentliyi "Associated Press of Pakistan" (APP) məlumat yayıb.

Məlumata görə, qadın alpinist Kiani axşam saatlarında başladığı dırmanmanı sıfırın altındakı soyuq və güclü qar yağışı altında tamamlayaraq Kançenjunqa zirvəsinə çatıb.

"Bu zirvə təkcə şəxsi bir mərhələ deyil, həm də Pakistanda və dünyada olan bütün qız və qadınlara bir mesajdır. Siz düşündüyünüzdən daha güclüsünüz", - deyə o bildirib.

Kiani Shishapangma və Dhaulagiri dağlarının zirvələrinə də çıxmaqla dünyanın 14 ən yüksək zirvəsinə qalxmaq məqsədini tamamlamaq istəyir.

Qeyd edək ki, dünyada dəniz səviyyəsindən 8 min metr yüksəklikdə olan 14 zirvə var. Bunlar Çin və Nepal arasındakı Himalay dağlarında və Çin və Pakistan arasındakı Qarakoram dağlarında yerləşir.

Dünyanın ən yüksək zirvəsi olan Everest dağı (8,848 m) ilə yanaşı, K2 (8,611 m), Kanqçenjunqa (8,586 m), Lhotse (8,516 m), Makalu (8,485 m), Ço Oyu (8,188 m), Dhaulagiri (8,188 m), Manaqa (8,16 m) Parbat (8,126 metr), Annapurna (8,091 metr), Qasherbrum 1 (8,800 metr), Broad Peak (8,510 metr), Qasherbrum 2 (8,350 metr) və Şişapanqma (8,270 metr) zirvələri "8 minliklər" kimi tanınır.

Bütün bu zirvələri fəth edə bilən az sayda alpinist var.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər