Rusiya Odessa limanına ballistik raketlərlə zərbə endirdi: Ölən və yaralananlar var


  • 23 May 23:42

Mayın 23-də Rusiya Silahlı Qüvvələri Odessa liman infrastrukturuna iki ballistik raketlə zərbə endirib.

E-huquq.az xəbər verir ki, zərbə yerli vaxtla saat 14:15 radələrində endirilib.

Hadisə nəticəsində iki nəfər həlak olub, 8 nəfər yaralanıb. Xəsarət alanlardan dörd nəfərin vəziyyəti ağırdır.

Hücumda "İskander-M" tipli iki ballistik raketdən istifadə olunduğu deyilir.

Oxşar xəbərlər