Hakan Fidan Rusiyaya səfər edəcək


  • 24 May 14:11

Türkiyə xarici işlər naziri Hakan Fidan mayın 26-27-də Rusiyaya səfər edəcək.

E-huquq.az xəbər verir ki, bu barədə TASS-a Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

Səfər çərçivəsində Hakan Fidanla Rusiya xarici işlər naziri Sergey Lavrov arasında danışıqlar planlaşdırılır. Xarici siyasət qurumlarının rəhbərləri Suriya, Ukrayna, Liviya, Cənubi Qafqaz və Qara dəniz regionunda vəziyyətə xüsusi diqqət yetirməklə regional məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.

Həmçinin hazırkı şəraitdə ticari-iqtisadi əməkdaşlığın gücləndirilməsi perspektivləri də müzakirə olunacaq. Türkiyə və Rusiya xarici işlər nazirləri yüksək səviyyələrdə ikitərəfli təmasların cədvəlini nəzərdən keçirəcəklər.

Oxşar xəbərlər