- 10:00
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Suriya Prezidenti Əhməd əl-Şaraa arasındakı görüşdə iki ölkə arasında münasibətlər və qlobal proseslər barədə fikir mübadiləsi aparılıb.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Qeyd olunub ki, Türkiyə lideri ölkəsinin bundan sonra da Suriyanın yanında olacağını söyləyib.
Prezident Rəcəb Tayyib Ərdoğan suriyalı həmkarının ölkəsinə səfərinin ABŞ və Avropa İttifaqının sanksiyaları ləğv etməsindən sonra baş tutmasından məmnunluğunu dilə gətirib.
Görüşdə, həmçinin, Suriyanın ərazi bütövlüyü məsələsinə də toxunulub və bu amilin qorunmasının, eləcə də ordunun vahid mərkəzdən idarə olunmasının zəruriliyinə diqqət çəkilib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafının, habelə, münasibətlərdə qonşuluq və qardaşlıq siyasətinin davam edəcəyini bildirib.
Suriya lideri verilən dəstəyə görə türkiyəli həmkarına təşəkkür edib.
***
16:23
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkədə səfərdə olan Suriya Prezidenti Əhməd əl-Şaraa ilə görüşüb.
E-huquq.az xəbər verir ki, Türkiyənin hökumət rəsmilərinin də iştirak etdiyi görüş mətbuata qapalı keçirilib.