Hamburqda 18 nəfərə xəsarət yetirən qadın məcburi müalicəyə göndərildi


  • 24 May 22:50

Almaniyada hakim Hamburqda bıçaqla 18 nəfərə xəsarət yetirməkdə şübhəli bilinən qadını məcburi müalicəyə göndərmək qərarına gəlib.

E-huquq.az xəbər verir ki, cinayəti törətməkdə şübhəli bilinən 39 yaşlı qadın Almaniya vətəndaşıdır.

Şübhəli şəxsin hadisədən bir gün əvvəl Aşağı Saksoniyada yerləşən qapalı müəssisədən azad edildiyi bildirilir. Məlumata görə, o, fevral ayında Hamburq hava limanında bir qıza hücum edib, Oksenzoll psixiatriya xəstəxanasında qaldığı müddətdə isə onun iştirakı ilə yeni insidentlər baş verib.

Xatırladaq ki, Almaniyanın ən işlək nəqliyyat mərkəzlərindən olan Hamburq Mərkəzi Stansiyasında baş vermiş hücum nəticəsində 19-85 yaş arası 18 nəfər xəsarət alıb. Onlardan dördünün vəziyyəti ağırdır. Şübhəli şəxsi yoldan keçən iki nəfər dayandıra bilib.

Oxşar xəbərlər