- 10:00
İsrail Qəzza sektoruna humanitar yüklərin çatdırılmasını məhdudlaşdırmağa davam edir.
E-huquq.az “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, mayın 21-dən etibarən bölgəyə yalnız 100 yük maşını buraxılıb.
Bu humanitar yardım həcminin anklavın iki milyon sakini üçün lazım olan yardım səviyyəsindən çox az olduğu bildirilir.
Televiziya kanalı həmçinin mayın 24-də Qəzza sektorunda dörd yaşlı uşağın qida çatışmazlığından öldüyünü açıqlayıb, Ümumdünya Ərzaq Proqramı isə sektorda 70 mindən çox uşağın kəskin ərzaq çatışmazlığından əziyyət çəkdiyi barədə xəbərdarlıq edib.