Trampı hədələyən və səfirliyi partlatmaq istəyən tutuldu


  • 00:36

ABŞ-nin Təl-Əvivdəki səfirliyini partlatmağı planlaşdırmaqda şübhəli bilinən amerikalı Nyu-York hava limanında həbs edilib.

E-huquq.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.

ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, həmin şəxs mayın 19-da İsraildə diplomatik missiyanın binası qarşısında mühafizəçi ilə qarşıdurma yaradıb.

Axtarış zamanı həmin şəxsin üzərində “Molotov kokteyli” kimi tanınan üç primitiv evdə hazırlanmış yandırıcı vasitə aşkar edilib.

Adı açıqlanmyan Amerika sakini sosial şəbəkələrdə Təl-Əvivdəki səfirliyi yandıracağını, ABŞ və Qərbə qarşı etiraz çağırışları da edib. O, Ağ Ev rəhbəri Donald Trampı hədələyərək, həyatını təhdid edib.

Oxşar xəbərlər