Məzmuna keç

Türkiyədə 2 avtobus toqquşub, yaralılar var

Türkiyənin İsparta şəhərində ağır yol qəzası baş verib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, İspartanın Gönen rayonunda sərnişin avtobusu ilə tur avtobusunun toqquşması nəticəsində 28 nəfər xəsarət alıb.

Qəza yerinə təcili yardım, xilasetmə, polis və jandarma qrupları cəlb edilib.

Qəzada sərnişin avtobusunda olan 1 nəfər, tur avtobusunda olan 27 nəfər yaralanıb.

Yaralılar şəhərdəki xəstəxanalara çatdırılıb.

İsparta valisi Abdullah Erin xəstəxanada yaralıları ziyarət Edib.

Şəbnəm Mehdizadə