Türkiyənin Uşak şəhərində fərdi yaşayış evində yanğın hadisəsi baş verib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Uşakın Ulubey rayonunda yerləşən birmərtəbəli evdə naməlum səbəbdən yanğın başlayıb.
Alov qısa müddətdə yaxınlıqdakı digər evlərə də keçib.
Xəbərdarlıq üzərinə hadisə yerinə sağlamlıq, jandarma və xilasetmə qrupları sövq edilib.
Təxminən 2 saat sonra yanğın söndürülüb.
Hadisə nəticəsində 3 ev yararsız hala düşüb.
Yanğının səbəbləri araşdırılır.
Şəbnəm Mehdizadə
