Türkiyənin Kırşehir şəhərində qayığın batması nəticəsində 1 balıqçı ölüb.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Kırşehirin Kaman rayonunda 4 qardaş balıq tutmaq üçün Hirfanlı bənd gölünə gedib.
Qardaşlar tutduqları balıqlar qayığa yükləyərkən qayıq aşıb.
Hadisə zamanı 4 qardaşdan biri həyatını itirib, digər üçü isə xilas ola bilib.
Hadisə yerinə xilasedicilər, jandarma və tibb qrupları cəlb edilib.
Onlar Kaman Dövlət Xəstəxanasına aparılıb.
Kırşehir valisi Murat Sefa Demiryürek də Kaman Dövlət Xəstəxanasına gələrək hadisə ilə bağlı məlumat alıb.
Şəbnəm Mehdizadə
