- 27 May 22:32
Tailandda yanacaq daşıyan tanker tırla toqquşub.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Taylandın paytaxtı Banqkokun Rat Burana səmtində baş verən qəza zamanı tankerdə olan 16 min litr yanacağın 600 litri yola tökülüb.
Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinin sürücüsü xəsarət alıb. Qəza yerinə polis və tibb qrupları cəlb edilib. Hadisənin baş verdiyi yol nəqliyyatın hərəkətinə bağlanıb. Ətrafdakı 150 vətəndaş partlayış təhlükəsinə görə təxliyə edilib. Ətrafa güclü kimyəvi qoxu yayılıb.
Banqkok yanğınsöndürmə briqadası tankerdə qalan yanacağı başqa tankerə köçürüb. Polis qrupları qəzanın səbəbini müəyyən etmək üçün təhlükəsizlik kamerası görüntülərini araşdırır.
Şəbnəm Mehdizadə