Yerin nüvəsindən qızıl və digər qiymətli metallar mantiya ilə səthə sızır


  • 26 May 12:33

Yerin nüvəsindən qızıl və qiymətli metalların mantiya ilə səthə sızdığını aşkar edilib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Almaniyanın Göttingen Universitetinin alimləri Yerin nüvəsində böyük miqdarda qızıl və qiymətli metalların olduğunu və bu maddələrin mantiyadan səthə doğru sızdığını aşkar ediblər.

Bu, Havay adalarında vulkanik süxurlarda aparılan izotop analizləri nəticəsində aşkar edilib. Xüsusilə, rutenium-100 izotopunun sıxlığı bu metalların Yerin nüvəsində yarandığını göstərirdi.

Tədqiqatçı Nils Messling, tapıntının əhəmiyyətini vurğulayaraq bildirib ki, qızıl, platin, palladium və rodium kimi qiymətli metallar Yerin ilk dövrlərində nüvəyə köçüb və indi yavaş-yavaş geri qayıdırlar.

Alimlərin fikrincə, nüvədə Yerin bütün quru kütlələrini 50 santimetr qızılla əhatə edəcək qədər böyük ehtiyat gizlənib. Lakin bu ehtiyatlara daxil olmaq texniki cəhətdən mümkün deyil.

Araşdırmanın nəticələri Nature jurnalında dərc olunub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər