Məzmuna keç

Polşada yarış zamanı avtomobil izdihama çırpılıb

Polşanın Krosno hava limanında avtomobil izdihama çırpılıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, dəhşətli qəza Krosno vilayətinin Krosno hava limanında keçirilən idman avtomobillərinin yarışı zamanı baş verib.

Belə ki. yarışa başlayan idman avtomobillərindən biri qısa müddət sonra idarəetməni itirərək azarkeş izdihamına çırpılıb.

Qəza nəticəsində 14 nəfər yaralanıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilib.

Yerli yanğınsöndürmə idarəsinin yaydığı məlumatda Krosno vilayətinin yanğınsöndürmə idarəsinin 30-a yaxın yanğınsöndürəninin baş vermiş qəzada zərərçəkənlərə yardım göstərdiyi qeyd olunub.

Şəbnəm Mehdizadə