Türkiyənin İstanbul şəhərində fabrikdə yanğın baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbulun Eyüpsultan səmtində yerləşən dördmərtəbəli tekstil fabrikində naməlum səbəbdən yanğın baş verib.
Dərhal ünvana yanğınsöndürənlər, polis və tibb qrupları cəlb edilib.
Fabrikin terasında başlayan və qonşu emalatxanaya keçən yanğın təxminən 1 saat sonra söndürülüb.
Yanğın nəticəsində fabrikə ziyan dəyib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə
