Bu quşlar insanlar kimi uzun illər dostluq edə bilir


  • 26 May 2025 13:35

ABŞ alimləri Afrika sığırçınlarının insana bənzər qarşılıqlı yardım əlaqələrini kəşf edib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Amerikalı alimlər Afrika sığırçınları üzərində 20 illik müşahidə aparıb.

Müşahidə nəticəsində heyvanlar arasında uzunmüddətli, qarşılıqlı faydalı əlaqələrin qurulduğu sübut edilib.

Tədqiqat zamanı həmçinin müəyyən edilib ki, sığırçınlar öz qohumları ilə yanaşı qohum olmayan digər quşlara da kömək edirlər.

Tədqiqat Kolumbiya Universitetinin laboratoriyasında doktorant alim Aleksis Erlin başçılıq etdiyi qrup tərəfindən aparılıb.

Araşdırmanın nəticələri nüfuzlu “Nature” elmi jurnalında dərc olunub.

2002-2021-ci illər arasında Şərqi Afrika savannalarında yaşayan yüzlərlə quşun minlərlə qarşılıqlı əlaqəsi müşahidə edilib. 40 çoxalma mövsümündən alınan məlumatlar və genetik analizlər birləşdirilib və kimin bir-birinə kömək etdiyini araşdırmaq üçün istifadə edilib. Alimlər quşların ardıcıl olaraq digər qohum olmayan quşlara da kömək etməsini heyvanlar arasında uzunmüddətli dostluq kimi təsvir edirlər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər