Məzmuna keç

Rusiya səfiri Finlandiya XİN-ə çağrıldı

Finlandiya Xarici İşlər Nazirliyi iki rus hərbi təyyarəsinin Porvoo sahillərində ölkənin hava məkanını pozmasından sonra Rusiyanın Helsinkidəki səfiri Pavel Kuznetsovu nazirliyə çağırıb.

E-huquq.az xəbər verir ki, "Yle News"un Finlandiya Xarici İşlər Nazirliyindəki mənbələrə istinadən verdiyi məlumata görə, səlahiyyətlilər Porvoo sahillərində iki Rusiya hərbi təyyarəsinin ölkənin hava məkanını pozduğunu müəyyən ediblər.

Mayın 23-də Finlandiya Müdafiə Nazirliyinin "X" sosial media platformasındakı hesabından verilən açıqlamada, Rusiyaya aid 2 hərbi təyyarənin Porvoo sahillərində ölkənin hava məkanını pozmaqda şübhəli bilindiyi bildirilib.

Rəsmilər həmin bəyanatı təsdiqləyib.

Xarici İşlər Nazirliyi Rusiyanın Helsinkidəki səfiri Kuznetsovu hadisə ilə bağlı sorğu-sual etmək üçün çağırıb.

Şəbnəm Mehdizadə