- 27 May 22:32
Fransanın yeganə nüvə mühərrikli təyyarədaşıyan gəmisi "Charles de Gaulle"ni əvəz edəcək yeni gəminin inşası 2025-ci ildə razılaşdırılacaq.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Fransa Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi admiral Nikola Vojour məlumat verirb.
Məlumata görə, texniki spesifikasiyalar artıq tərtib olunub və hazırda hərbi planlaşdırma qanununun maliyyə çərçivəsinə uyğun olmasını təmin etmək üçün istehsalçılarla müzkirələr aparılır.
Layihənin dəyəri 10 milyard avrodur.
Onun 2038-ci ilə qədər tamamlanması gözlənilir.
Humay Eminqızı