- 27 May 22:32
Yaponiyanın Hokkaydo adasında 5,3 bal gücündə zəlzələ baş verib.
E-huquq.az xəbər veri ki, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar mayın 26-da yerli vaxtla saat 17:47-də qeydə alınıb.
Təbii fəlakətin episentri Hokkaydonun cənubundakı Tokati bölgəsində olub.
Zəlzələnin ocağı 50 kilometr dərinlikdə yerləşib.
Tələfat və ya infrastruktura ziyan dəyməsi barədə məlumat verilməyib.
Humay Eminqızı