İstanbulda restorana partlayıcı qurğu atılıb: yaralılar var


  • 27 May 10:06

Türkiyənin İstanbul şəhərində iaşə obyektinə partlayıcı qurğu atılıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər İstanbulun Kağıthane səmtində yerləşən restoran və əyləncə məkanı kimi istifadə iaşə obyektinə naməlum şəxs və ya şəxslər tərəfindən partlayıcı qurğu atılıb.

Hadisə nəticəsində 7 nəfər yaralanıb.

Ünvana çoxlu sayda polis və təcili yardım maşınları göndərilib.

Yaralılar təcili tibbi yardım maşını ilə xəstəxanalara aparılıb.

Onlardan üçünün vəziyyətinin ağır olduğu bildirilib.

Polis küçədə axtarış aparıb, şübhəlilərin tutulması üçün əməliyyata başlayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər