- 28 May 23:59
Türkiyənin İsparta şəhərində meşə sahəsinə girişə qadağa qoyulub.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Meşə Regional İdarəsi məlumat yayıb.
Qərara əsasən 1 iyun-15 noyabr tarixləri arasında meşə sahələrinə giriş məhdudlaşdırılıb.
Qadağanın meşə yanğınlarının qarşısını almaq məqsədi daşıdığı qeyd olunub.
Şəbnəm Mehdizadə