- 28 May 23:59
Türkiyənin 7 vilayətində İŞİD və FETÖ terror təşkilatlarına qarşı əməliyyat keçirilib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində 12 FETÖ terrorçusu barədə həbs qərarı çıxarılıb.
İstintaq zamanı həmçinin İŞİD terror təşkilatının üzvü olmaqda şübhəli bilinən 6 şübhəli haqqında verilən həbs qərarı çıxarılıb.
Ölkənin 7 vilayətində keçirilən əməliyyat zamanı 6 şübhəli saxlanılıb.
Digər şübhəlilərin tutulması istiqamətində tədbirlər davam etdirilir.
Şəbnəm Mehdizadə