- 28 May 23:59
ABŞ-nin Pensilvaniya ştatının Filadelfiya şəhərində silahlı atışma olub.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Filadelfiya polisi məlumat yayıb.
Polis yerli vaxtla saat 22:27-də Fairmount Parkında baş verən atışmada 2 nəfərin öldüyünü, 9 nəfərin yaralandığını bildirib.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
Şəbnəm Mehdizadə