Dağa gəzintiyə gedən səyahətçilər qızılla dolu xəzinə qutusu tapıb


  • 27 May 12:14

Çexiyanın Krkonose dağlarına səyahət edən 2 şəxs qiçində qızıllar olan qədim qutu tapıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, qutunun içində çoxlu sayda qızıl bilərziklər, yüzlərlə sikkələr və digər ziynət əşyaları olub.

Səyahətçilər tapdıqları qutunu Şərqi Bohemiya Muzeyinə təhvil verib. Mütəxəssislər əşyaların tarixini, həmçinin onları kimin və niyə gizlətdiyini araşdırır.

Muzeyin arxeologiya şöbəsinin müdiri Miroslav Novakın sözlərinə görə, qutuda olan pulların heç biri Çexiyaya aid deyil. Bu, xəzinənin yerli deyil, beynəlxalq tarixə malik olması ehtimalını artırır.
Ən yeni sikkənin 1921-ci ilə aid olması tədqiqatçıları daha da təəccübləndirib.

Kolleksiyanın İkinci Dünya Müharibəsindən əvvəl bölgədən qaçan yəhudi və ya çex vətəndaşlarına aid ola biləcəyi düşünülür.

Mütəxəssislər bildirirlər ki, bu kəşf təkcə tarixi deyil, həm də mədəni əlaqələr baxımından böyük dəyərə malikdir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər