ABŞ-də bu cinayəti işləyən şəxslər həbs olunacaq


  • 27 May 12:26

ABŞ-da süni intellektin yaratdığı saxta pornoqrafik məzmunlu şəkilləri paylaşan şəxslər həbs olunacaq.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp süni intellekt vasitəsilə hazırlanan saxta çılpaq fotoların paylaşılmasını cinayət hesab edən qanunu imzalayıb.

Qanun son illərdə məşhurlardan tutmuş orta məktəb şagirdlərinə qədər hər kəsi hədəf alan saxta seksual məzmunla mübarizədə mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir.

Yeni tənzimləmə həm real, həm də kompüter tərəfindən yaradılmış icazəsiz seksual məzmunun internetdə yayılmasını cinayət hesab edir. Texnologiya şirkətləri də 48 saat ərzində bu məzmunu silmək məcburiyyətində qalacaqlar. Qanuna əsasən, bu cür məzmunun qurbanı olan şəxslər federal səviyyədə hüquqi müdafiə alacaqlar. Bundan əlavə, hüquq-mühafizə orqanları günahkarları müəyyən etmək və cəzalandırmaq üçün aydın hüquqi əsaslara malik olacaqlar. Bu qanun həm də süni intellekt texnologiyasının vurduğu zərərləri aradan qaldıran ilk federal tənzimləmə olması ilə diqqət çəkir. Qanun Konqresin hər iki palatasında səs çoxluğu ilə qəbul edilib.

Yüzdən çox qeyri-hökumət təşkilatı tərəfindən dəstəklənən qanuna Meta, TikTok və Google kimi texnologiya nəhəngləri də müsbət yanaşır. Qanunun qəbul edilməsində birinci xanım Melaniya Tramp da fəal rol oynayıb.

Texaslı tələbə Elliston Berri sosial mediada onun süni intellektdən istifadə edərək saxta görüntüsü paylaşıldıqdan sonra bu qanunun qəbulu üçün ictimai rəyi səfərbər edib. Berri qanunvericiliyə dəstəyini göstərmək üçün Ağ Evdə keçirilən imzalanma mərasiminə də qatılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər