- 28 May 23:59
ABŞ-nin Nyu Orlean şəhərində həbsxanadan qaçan 2 məhbus üz tanıma texnologiyası yaxalanıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bir neçə gün əvvəl 10 məhkum həbsxanadan qaçmağı bacarıb. Qaçan məhkumların kimliyi təhlükəsizlik qüvvələrinə məlum olub. Onların harada olduqlarını dərhal müəyyən etmək üçün polis Project NOLA şirkətinin üz tanıma sistemindən istifadə edib.
Bu sistem sayəsində qaçanlardan ikisi şəhər mərkəzində müəyyən edilib. Onların ikisi də yaxalanıb.
Şirkətin direktoru Brayan Laqard bildirib ki, kameralar şəbəkəsi könüllü olaraq evlərdə, müəssisələrdə, kilsələrdə və məktəblərdə ictimaiyyətin dəstəyi ilə quraşdırılıb. Təşkilatın kameraları birbaşa polisə bağlı deyil,ancaq sistemdən alınan görüntülər bəzən polislə paylaşılır.
Şəbnəm Mehdizadə