- 28 May 23:59
Böyük Britaniyada 800-dən çox keçmiş hakim, vəkil, hüquqşünas və hüquqşünas alimlər hökumətdən İsrailə qarşı sanksiyalar tətbiq etməyi tələb ediblər.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, hüquqşünaslar İngiltərə hökumətinə ünvanlandığı açıq məktubda İsrailə qarşı tətbiq edilməli olan sanksiyaları ictimaiyyətə xatırladıb.
Beynəlxalq hüququn ciddi şəkildə pozulmasına yol verildiyi qeyd edilib.
Məktubda Britaniyadan Beynəlxalq Cinayət Məhkəməsinin İsrail rəsmiləri üçün verdiyi həbs qərarlarını icra etməyə çağırılıb.
Məktubda 11 keçmiş hakim, 72 hüquqşünas, 113 hüquq firması və ya hüquq təşkilatı təsisçisi, 55 hüquq professoru, 101 hüquqşünas və bir çox hüquqşünas alimin imzası var.
Şəbnəm Mehdizadə