- 28 May 23:59
Türkiyənin İzmir şəhərində su borusunun partlayıb.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, İzmirin Konak rayonunda küçədə magistral su borusu naməlum səbəbdən partlayıb.
Suyun bir neçə metr hündürlüyünə qalxması nəticəsində bəzi evləri və obyektləri su basıb. Ətrafa yayılan su 5 avtomobilə ziyan vurub.
Hadisə yerinə polis və xilasetmə qrupları cəlb edilib.
Xətdə su kəsildikdən sonra təmir işlərinə başlanılıb.
Hadisənin səbəbləri və dəymiş ziyanın həcmi araşdırılır.
Şəbnəm Mehdizadə