- 28 May 23:59
Türkiyədə ana südünün satışı qadağan edilib.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Ticarət Nazirliyi qərar qəbul edib.
Bildirilib ki, müxtəlif platformalarda ana südünün satışı ilə bağlı Nazirliyə bildiriş verilib.
"Bu vəziyyətin səbəb ola biləcəyi sağlamlıq riskləri nəzərə alınaraq edilən qiymətləndirmələr nəticəsində ana südünün satışı qadağan edilib", - deyə məlumatda bildirilib.
Qadağaya zidd olaraq ana südü satan və ya reklam fəaliyyəti ilə məşğul olanlar 684 min lirədən çox cərimələnəcək.
Bu prosesə rəqəmsal vasitəçilik edən platformalar hər bir pozuntuya görə cəzalandırılacaq.
Şəbnəm Mehdizadə