Nepal Himalay dağlarını iqlim risklərindən qorumağa çalışır


  • 27 May 17:14

"Himalay dağlarını iqlim dəyişikliyi və digər risklərdən qorumaq Nepal hökumətinin vəzifəsidir".

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Nepalın turizm naziri Badri Prasad Pandey Everestdə alpinistlərin iştirak etdiyi konfransda çıxış edərkən deyib.

"Nepal hökuməti alpinistlərin təhlükəsizliyini təmin etmək, zirvələrimizin təbii gözəlliyini qorumaq üçün mümkün olan hər şəkildə alpinizmi dəstəkləməyə davam edir. Bu gün iqlim dəyişikliyi və qlobal istiləşmə bu gələcəyi təhlükə altına qoyur. Buna görə də biz ehtiyatla, müdrikliklə və dərin hörmət hissi ilə hərəkət etməliyik", - deyə Pandey bildirib.

Qeyd edək ki, yüzlərlə alpinist bu mövsüm Nepalın cənubundakı Everest marşrutundan zirvəyə qalxmağa cəhd edib. Alpinizm mövsümü hava şəraitinin ən əlverişli olduğu aprel və may aylarıdır. Dünyada dəniz səviyyəsindən 8 min metr yüksəklikdə olan 14 zirvə var. Bunlar Çin və Nepal arasındakı Himalay dağlarında və Çin ilə Pakistan arasındakı Qarakoram dağlarında yerləşir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər