- 28 May 23:59
Rusiya Donetsk vilayətində genişmiqyaslı yay hücumu hazırlayır.
E-huquq.az xəbər verir ki, bu barədə “The Washington Post” yazır.
Nəşrin yazdığına görə, Moskvanın əsas məqsədi Pokrovsk və Konstantinovkanı tutmaqdır. Sonuncu bölgə cəbhə xəttinə yaxın olmasa da, üç istiqamətdən ora hücuma keçmək nisbətən rahatdır.
Eyni zamanda, WP xəbər verir ki, Ukraynanın Sumı və Xarkov vilayətlərində diversifikasiya zərbələri endirilməsi planlaşdırılır. Rusiya Sumı və Xarkov vilayətlərinin sərhədlərinə 125 min əsgər yeridib – bu, regional mərkəzləri ələ keçirmək üçün kifayət olmasa da, sərhəd ərazilərə təzyiq göstərmək üçün əla fürsətdir.
Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiyanın məqsədi sərhəddə bufer zonalar yaratmaqdır.
Eyni zamanda, nəşr qeyd edir ki, Ukraynanın “öz hücumunu həyata keçirmək üçün nə insanı, nə də texnikası var” və buna görə də “2024-cü ildən istifadə etdiyi müdafiə strategiyasını davam etdirəcək – cəbhə xəttini əldə saxlayaraq, Moskva qüvvələrinin hər hansı ərazini ələ keçirməsini mümkün qədər çətinləşdirəcək”.