İstanbulda zəncirvari yol qəzası baş verib, yaralılar var


  • 28 May 09:19

Türkiyənin İstanbul şəhərində zəncirvari yol qəzası baş verib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulun Beykoz səmtində 5 avtomobilin toqquşduğu qəzada 7 nəfər xəsarət alıb.

Hadisə yerinə polis, tibb və xilasetmə qrupları cəlb edilib.

Qəzada yaralanan 7 nəfər təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Yararsız vəziyyətdə olan avtomobillər evakuasiya edilidikdən sonra yolda nəqliyyatın hərəkəti bərpa edilib.

Qəzanın səbəbləri araşdırılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər