- 00:21
Türkiyənin Van şəhərində yağan güclü yağış selə səbəb olub.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Vanın Başkale rayonunda bir neçə gündür davam edən leysan yağışlar ciddi fəsadlar törədib.
Daşqınlar zamanı kəndlərə gedən bəzi yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırıb.
Təbii fəlakət həmçinin əkin sahələrinə də ziyan vurub.
Bələdiyyə qrupları selin yaratdığı fəsadları aradan qaldırmaq üçün işə başlayıb.
Şəbnəm Mehdizadə