Türkiyənin 11 vilayətində yağışlı hava ilə əlaqədar sarı xəbərdarlıq verilib


  • 28 May 09:49

Türkiyənin 11 vilayətində güclü leysanla bağlı əhaliyə sarı xəbərdarlıq verilib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Meteorologiya İdarəsi məlumat yayıb.

Məlumata əsasən, günorta saatlarından başlayaraq Ərzurum, Qars, Sivas, Malatya, Osmaniye, Ərdahan, Adana, Mersin, Kahramanmaraş vilayətlərində leysan xarakterli intensiv yağışlar gözlənilir.

Əhaliyə sel, su basması, güclü külək və digər hallara qarşı diqqətli olmaq barədə çağırış edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər