Belçikada turistlərə xəbərdarlıq - Daşları oğurlamayın!


  • 28 May 10:35

Belçikada turistlərə səki daşlarını oğurlamamaq barədə xəbərdarlıq edib.

E-huquq.az "The Brussels Times" qəzetinə istinadən xəbər verir ki, Qərbi Flandriyanın paytaxtı və YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil olan Brügge şəhərinin turistlərinə daşların suvenir olmadığı xatırladılıb.

Müşavir Frenki Demon bildirib ki, orta əsr şəhərində ayda 50-70 səki daşı itir. Daşların təmiri isə hər kvadrat metr üçün 200 avroya başa gəlir.

"Biz sizdən hörmətdən başqa heç nə istəmirik. Brüggedə gəzmək yüzlərlə illik tarixin üzərinə addım atmaq deməkdir. Xahiş edirəm, bu daşları aid olduğu yerdə saxlayın. Səki daşları şəhərin ruhunun bir hissəsidir və gələcək ziyarətçilər üçün qorunmalıdır" - deyə o əlavə edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər