İsveçrədə milyonlarla insanı sağalda biləcək yeni antibiotik hazırlanıb


  • 28 May 11:40

İsveçrədə milyonlarla insanın həyatını xilas etmək potensialına malik yeni antibiotik hazırlanıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, İsveçrənin dərman istehsal edən Roche şirkəti pnevmoniya və sepsis kimi ciddi klinik infeksiyalara səbəb olan ümumi bir bakteriyaya qarşı antibiotik hazırlayıb.

Antibiotikin test mərhələsi artıq üçüncü və son mərhələdədir.

Harvard Universiteti ilə birgə hazırlanmış zosurabalpin adlı antibiotik dərmanı davamlı Acinetobacter baumannii bakteriyasına qarşı sınaqdan keçiriləcək.

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) bu bakteriyaya təsir edə biləcək antibiotikin 50 ildən artıqdır ki, hazırlanmadığını bildirib.

Roche şirkətinin yoluxucu xəstəliklər üzrə qlobal rəhbəri Michael Lobritz bildirib ki, dərmanın hazırlanmasında əsas məqsəd ən böyük yoluxucu xəstəlik problemlərindən biri olan antimikrob müqavimətini aradan qaldırmaq üçün yeni innovasiyalara töhfə verməkdir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər