- 00:21
Ukrayna prezidenti Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trampa üçtərəfli danışıqlar aparmağı təklif edib.
E-huquq.az xəbər verir ki, bu barədə Zelenski jurnalistlərlə görüşündə bildirib.
"Putin ikitərəfli görüşdən narahatdırsa və ya hər kəs üçtərəfli görüş olmasını istəyirsə, mənə fərqi yoxdur", - deyə Zelenski qeyd edib.
O, həmçinin istənilən formatda danışıqlara hazır olduğunu bildirib.
Ukrayna lideri əlavə edib ki, danışıqların növbəti mərhələsinin keçirilməsi üçün bir neçə yer nəzərdən keçirilir. Bunlara Türkiyə, İsveçrə və Vatikan daxildir.
Humay Eminqızı