- 00:21
Yunanıstanın şimalındakı Serres şəhərinin 3 yaşayış məntəqəsində içməli suyun tərkibində normadan artıq miqdarda uran aşkarlandığı üçün fövqəladə vəziyyət elan edilib.
E-huquq.az xəbər verir ki, bu barədə Yunanıstan Dövlət Televiziyası məlumat yayıb .
Serres, Lefkonas və Kristos yaşayış məntəqələrind fövqəladə vəziyyətlə bağlı elan edilən qərar suda aşkar edilən uran problemi ilə mübarizəni asanlaşdırmaq məqsədi daşıyır.
Fövqəladə vəziyyət iyunun 26-dək davam edəcək.
Humay Eminqızı