- 09:23
İsrailin Qəzzaya hücumları nəticəsində son 24 saatda 28 nəfər ölüb.
E-huquq.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi açıqlama yayıb.
Yanvarın 19-da əldə edilən atəşkəsi pozan İsrail ordusunun 18 martdan bu yana həyata keçirdiyi hücumlarda 3 924 fələstinli həyatını itirib, 11 267 fələstinli isə yaralanıb.
Ümumilikdə isə İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 54 084-ə, yaralıların sayı isə 123 308-ə çatıb.
Humay Eminqızı