- 30 May 18:56
Türkiyənin İstanbul şəhərində restoranda yanğın baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbulun Beşiktaş səmtində 3 mərtəbəli restoranda naməlum səbəbdən yanğın başlayıb.
Alov sürətlə böyüyərək terrasa yayılıb.
Hadisə yerinə dərhal polis,tibb, xilasetmə qrupları və yanğınsöndürənlər cəlb edilib.
Yanğın zamanı restoranda çalışan bir nəfər tüstüdən zəhərlənib.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hadisə nəticəsində restorana ciddi ziyan dəyib.
Yanğının səbəbləri araşdırılır.
Şəbnəm Mehdizadə