- 09:23
Qarşıdakı beş ildə qlobal temperaturun 1,5 dərəcə Selsi həddini aşma ehtimalı 70 faizə yaxındır.
E-huquq.az xəbər verir ki, bu barədə məlumat Ümumdünya Meteorologiya Təşkilatının (WMO) dərc etdiyi illik iqlim hesabatında yer alıb.
Hesabata görə, 2025-2029-cu illər arasında orta temperaturun sənayedən əvvəlki dövrlə müqayisədə 1,2°C artaraq 1,9°C olacağı gözlənilir. Bu, Paris İqlim Sazişində müəyyən edilmiş 1,5°C hədəfi aşmaq riskini artırır.
Ümumdünya Ticarət Təşkilatının Baş katibinin müavini Ko Barret bildirib ki, son 10 il tarixdə ən isti il olub: “Təəssüf ki, bu tendensiyanın növbəti illərdə də davam edəcəyinə dair güclü əlamətlər var", - deyə təşkilat rəsmisi əlavə edib.
2023 və 2024-cü illər rekordların ən isti iki ili olaraq seçilsə də, WMO məlumatlarına görə, bu rekordların 2025 və 2029-cu illər arasında yenidən qırılma ehtimalı 80 faizdir.
Mütəxəssislər vurğulayırlar ki, temperaturun hər kiçik artımı ekstremal hava hadisələrini daha da kəskinləşdirir. Ötən həftə Çində havanın temperaturu 40°C, BƏƏ-də isə 52°C-i keçib. Pakistanda ölümcül küləklər, Avstraliya və Fransada daşqınlar, Kanadada meşə yanğınları baş verib.Qarşidakı illərdə Cənubi Asiya, Şimali Avropa, Alyaska və Şimali Sibirdə yağıntılar orta səviyyədən yüksək olacaq.
Şəbnəm Mehdizadə