24 yaşlı gənc göldə itkin düşdü


  • 29 May 11:01

Türkiyənin Adana şəhərində bir nəfər bənd gölünə düşüb.

E-huquq.az türkiyə mətbuatına istinadən xəbər verir ki, 6 nəfərlik qrup qayıqla Adananın Çukurova mahalında yerləşən Seyhan bənd gölünə səfər edib. Səfər zamanı qayıqda olan 24 yaşlı Emirhan Gürbüz aşaraq suya düşüb. Əraziyə polis, tibb və xilasetmə qrupları cəlb edilib. Sualtı Qrup Komandanlığının əməkdaşları qayıqda olan 5 nəfəri quruya çıxarıb.

Suya düşən şəxsin axtarışları davam edir.

Hadisə ilə bağlı polis araşdırma aparır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər