Avstraliyalı alimlərdən delfinlərlə bağlı maraqlı ARAŞDIRMA


  • 29 May 11:23

Delfinlərin xarakterik tezlik nümunələri olan və hər bir fərd üçün unikal olan səslərdən istifadə etdiyi məlum olub.

E-huquq.az xəbər verir ki, bu barədə Avstraliyanın Kvinslend Universitetinin alimləri araşdırma aparıb.

Alimlərin gəldiyi nəticəyə görə, bu səslər gənc yaşda öyrənilir və ömür boyu saxlanılır. Lakin tədqiqatçılar müəyyən ediblər ki, bu səslər şüurlu şəkildə dəyişə bilər.

Belə ki, 2017-2018-ci illərdə Avstraliya sahillərindəki Moreton adasında müşahidə edilən bir qrup delfinlərin səsləri illər üzrə müşahidə edilib. Tədqiqatçıların fikrincə, bu dəyişkənlik delfinlərin hazırkı əhval-ruhiyyəsini, sosial mövqeyini və ya ətraf mühit kontekstini digər fərdlərə çatdırmaq məqsədi daşıya bilər.

Eyni qrupdakı bəzi delfinlərin ümumi fitdən istifadə etdiyi də müşahidə olunub. Bu, bəzi delfin qruplarının fərdi kimliklərindən əlavə, kollektiv “qrup imzasına” malik ola biləcəyini göstərir.

Tədqiqat müəllifləri delfinlərin xarakterik fitlərini insan adlarına deyil, üz ifadələrinə bənzədirlər.

Bu araşdırma həm də okeanlarda insan tərəfindən törədilən səs-küyün delfinlər üçün nə qədər təhülkəli ola biləcəyini göstərir. Tədqiqatçılar deyirlər ki, yüksək səslə daşınma və qazma işləri delfinlərin incə rabitə sistemini pozur.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər