Cənubi Koreyada hərbi təyyarə qəzaya uğradı, ölənlər var


  • 29 May 11:43

Cənubi Koreyanın Pohanq şəhərində göyərtəsində 4 nəfərin olduğu “P-3 Orion” hərbi təyyarə qəzaya uğrayıb.

E-huquq.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Qəza təxminən yerli vaxtla 13:50 radələrində baş verib.

Son məlumata görə, azı üç nəfər həyatını itirib.

Koreya Respublikasının Hərbi Dəniz Qüvvələri qəzanın səbəblərini araşdırır.

Humay Eminqızı

Oxşar xəbərlər