Buzlaq çökdü, kənd yoxa çıxdı


  • 29 May 14:14

İsveçrənin cənubundakı Blatten kəndinin böyük bir hissəsi buzlaqların çökməsi nəticəsində suyun altında qalıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində ölən və ya xəsarət alan olmayıb.

Lakin bir çox evlər su altında qalıb.

İtkin düşən 65 yaşlı şəxsin axtarış-xilasetmə işləri davam etdirilir.

Hadisə ilə əlaqədar bəzi qonşu kəndlərdə də təxliyələr aparılır.

İqlim dəyişikliyi buzlaqların əriməsi və hərəkətlilik risklərini bir daha gündəmə gətirib.

Təxminən 300 nəfərin yaşadığı kənd mayın 19-da səlahiyyətlilərin müşayiəti ilə demək olar ki, tamamilə boşaldılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər