Kilsədə 115 nəfər cinsi zorakılığa məruz qalıb


  • 29 May 14:26

2023-2024-cü illərdə kilsədə cinsi istismar və təcavüz qurbanlarının sayı 115 nəfər olub.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İtaliyadakı Katolik Kilsəsinin ən yüksək orqanı olan İtalyan Yepiskoplar Konfransı (CEI) məlumat yayıb.

Bu. CEI-nin dərc olunan üçüncü hesabatıdır.

Hesabat dövründə cinsi zorakılığa məruz qalanların 64-ü kişi, 51-i isə qadın olub.

Hesabatda 67 cinayətkardan 65-nin kişi, 44-nün isə kilsələrdə çalışan din xadimləri olduğu bildirilib.

Cinsi zorakılığa məruz qalanların 31,3 faizi 10-14 yaşlı uşaqlar olub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər