İngiltərədə tibb işçisi xəstənin evini qarət edib


  • 29 May 14:55

İngiltərədə infarkt keçirən xəstənin evinə gedən təcili yardım işçisi ölümündən sonra onun pullarını oğurlayıb.

E-huquq.az xəbər verir ki, hadisə İngiltərənin Şrusberi şəhərində baş verib.

Belə ki, 94 yaşlı xəstə qadın yaşadığı evin həyətində infarkt keçirib.

Yaşlı qadının ailəsi təcili yardım çağırıb. Feldşer Mark Titlinin rəhbərliyi ilə evə təcili yardım göndərilib.

Dörd nəfərlik komandanın bütün cəhdlərinə baxmayaraq, yaşlı qadın həyatını itirib və Titli sənəd almalı olduğunu deyərək yenidən evə daxil olub.

Tibb işçisi evə daxil olaraq bir qədər gəzdikdən sonra stolun üstündəki plastik pul qutusundakı pulları oğurlayıb. Ölən qadının oğlu təhlükəsizlik kamerasının görüntülərini izlədikdən sonra hadisə barədə polisə məlumat verib. Saxlanılan tibb işçisi günahını rədd edərək, pulu təhlükəsizliyi üçün götürdüyünü və ailəsinə qaytaracağını bildirsə də sonradan törətdiyi əməli etiraf edib.

O, məhkəmənin qərarı ilə 20 saat islah işlərinə cəlb olunub və 717 funt sterlinq məbləğində cərimələnib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər