- 00:48
"Rusiya danışıqların iyunun 2-də İstanbulda keçirilməsi təklifinə Ukraynadan hələki cavab almayıb".
E-huquq.az xəbər verir ki, bunu "RİA Novosti"yə açıqlamasında Kremlin sözçüsü Dmitri Peskov bildirib.
O, həmçinin qeyd edib ki, Rusiya müharibə ilə bağlı sənədlərin məzmununu açıq şəkildə müzakirə etməyəcək: "Danışıqlar bağlı qapılar arxasında aparılmalıdır".
Bununla yanaşı, o, Rusiya və Ukrayna arasında birbaşa danışıqlar prosesinin davam etdirilməsinin vacibliyini bildirib.
Humay Eminqızı