İsrail ABŞ-nin Qəzzada atəşkəslə bağlı təklifini qəbul etdi - YENİLƏNDİ


  • 29 May 19:51

İsrail ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun Qəzza zolağında təqdim etdiyi 60 günlük atəşkəs təklifini qəbul edib.

E-huquq.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu məlumat verib.

Təklif HƏMAS tərəfindən saxlanılan on israilli girovun azad edilməsini də nəzərdə tutur. Atəşkəs razılaşması tərəflər arasında müharibənin dayandırılması və danışıqların başlanması üçün əsasdır.

***

19:04

İsrail ABŞ prezidentinin Yaxın Şərq üzrə nümayəndəsi Stiv Vitkoffdan Qəzza zolağında 60 günlük atəşkəs və HƏMAS-ın əlində olan 10 israilli girovun azad edilməsi ilə bağlı yeni təklif alıb.

E-huquq.az xəbər verir ki, bu barədə məlumatı İsrailin "Ynet" portalı yayıb.

Məlumata görə, İsrail tərəfi bu təklifi mayın 29-na keçən gecə alıb, lakin hələlik rəsmi cavab verməyib.

Təklifin detallarına əsasən, 60 günlük atəşkəs dövründə tərəflər Qəzzada müharibənin tam dayandırılması barədə danışıqlar aparmalı və razılıq əldə etdikdən sonra qalan girovlar azad olunmalıdır. Əgər razılıq əldə olunmasa, İsrail tərəfi hərbi əməliyyatları bərpa etmək hüququnu özündə saxlayır.

İsrailin rəsmi məlumatına əsasən, hazırda Qəzza zolağında 20 canlı girov və 38 meyit saxlanılır.

Oxşar xəbərlər