Gürcüstanda müxalifət lideri saxlanıldı


  • 29 May 21:50

Gürcüstanın müxalif “Dəyişikliklər naminə koalisiya”nın liderlərindən biri Nika Meliya saxlanılıb.

E-huquq.az xəbər verir ki, bu barədə təşkilatın yaydığı məlumatda bildirilib.

Müxalifətçi bu gün məhkəməyə çağırılmasına baxmayaraq, iclasa gəlməyib.

Qeyd edək ki, N.Meliya parlamentin istintaq komissiyasının qanuni tələbini yerinə yetirməməkdə ittiham olunur. Tbilisi məhkəməsi ona qətimkan tədbiri kimi 50 min lari məbləğində girov tətbiq edib. O, girovu ödəməkdən imtina edib.

Oxşar xəbərlər