- 31 May 16:16
Yaponiya Suriya banklarına qarşı sanksiyaları qismən ləğv edib.
E-huquq.az TASS-a istinadən xəbər verir ki, bu barədə yerli hökumət məlumat yayıb.
“Biz Suriyanın beynəlxalq ictimaiyyətlə birlikdə sülh və sabitliyə doğru müsbət səylərini dəstəkləmək və Suriya xalqının həyat şəraitinin yaxşılaşdırılmasına kömək etmək üçün dörd banka qarşı sanksiyaları ləğv etmək qərarına gəldik”, - Yaponiya Nazirlər Kabinetinin katibi Yoşimasa Hayaşi bildirib.
Belə ki, “Industrial Bank”, “Popular Credit Bank”, “Saving Bank” və “Agricultural Cooperative Bank”larına qarşı sanksiyalar ləğv edilib.
Humay Eminqızı